Azərbaycan İstilik Elektrik Stansiyasının aktivləri cüzi azalıb

Azərbaycan İstilik Elektrik Stansiyasının aktivləri cüzi azalıb Stansiya ötən ili 7 mln. manata yaxın xalis zərərlə başa vurub
Energetika
1 May , 2017 09:29
Azərbaycan İstilik Elektrik Stansiyasının aktivləri cüzi azalıb

Bakı. 1 may. REPORT.AZ/ “Azərenerji” ASC yanında “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 490,55 mln. manat təşkil edib.

“Report” stansiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1% azdır.

Ötən il şirkətin uzunmüddətli aktivləri 6,3% azalaraq 426,668 mln. manat, qısamüddətli aktivləri isə 59,3% artaraq 63,882 mln. manat olub.

Hesabat dövründə stansiyanın cəmi öhdəlikləri 9,9% azalaraq 158,963 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 12,75% azalaraq 78,795 mln. manata, qısamüddətli öhdəlikləri isə 7% azalaraq 80,168 mln. manata düşüb. Əvəzində şirkətin cəmi kapitalı 3,9% artaraq 331,587 mln. manata çatıb.

“Azərbaycan İstilik Elektrik Stansiyası” 2016-cı ildə 6,95 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 8 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə fəaliyyət göstərir, Cənubi Qafqaz regionundakı analoqları arasında ən böyüyüdür. Onun nizamnamə kapitalı 5,108 mln. manatdır. Stansiya təsərrüfat hesablı fəaliyyətə 2003-cü ildə keçib. 

Son xəbərlər

Orphus sistemi