Azərbaycan I rübdə Gürcüstanın əsas təbii qaz tədarükçüsü olub

Energetika
  • 26 aprel, 2024
  • 05:37
Azərbaycan I rübdə Gürcüstanın əsas təbii qaz tədarükçüsü olub

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 92,9 milyon ABŞ dolları dəyərində 556,9 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 16 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 184 milyon ABŞ dolları dəyərində 904 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % və 5 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 91,3 milyon ABŞ dolları dəyərində 347 milyon kubmetr, İspaniyadan 3,4 min ABŞ dolları dəyərində 0,4 min kubmetr, Lixtenşteyndən 2,7 min ABŞ dolları dəyərində 0,05 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.