Azərbaycan I rübdə Gürcüstana ixrac etdiyi qazın həcmini açıqlayıb
- 24 may, 2024
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin yanvar-mart aylarında Gürcüstana 421 milyon 003,29 min kubmetr qaz ixrac edib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.
Hesabat dövründə Gürcüstana tədarük edilən Azərbaycan qazının dəyəri 71 milyon 091,74 min ABŞ dolları təşkil edib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi kəmiyyət ifadəsində 41,7 % və ya 301 milyon 053,09 min kubmetr azalıb. Dəyər ifadəsində azalma 47,6 % və ya 64 milyon 483,71 min ABŞ dolları olub.
Ümumilikdə, 2024-cü ilin ilk üç ayında Azərbaycan 1 milyard 752 milyon 107,96 min ABŞ dolları (25,4 % az) dəyərində 4 milyard 932 milyon 908,72 min kubmetr qaz (61,5 % çox) ixrac edib. Tədarüklər 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana həyata keçirilib. Bu dövrdə Azərbaycan qazının bütün ixracının 8,5 %-i Gürcüstanın payına düşüb.
2023-cü ildə Azərbaycan Gürcüstana 346 milyon 624,96 min ABŞ dolları dəyərində (0,9 % az) 2 milyard 148 milyon 664 min kubmetr (16,8 % az) qaz ixrac edib.