Yuxarı
    Bağlamaq

    Azərbaycan İndoneziyanın neft-qaz infrastrukturuna sərmayə yatıra bilər - YENİLƏNİB

    Vitali Bəylərbəyov: İndoneziya Azərbaycanda neft hasilatına yatırım etməyə hazırdır

    İlk xəbər saat 13:33-də verilib

    Bakı. 1 fevral. REPORT.AZ/ İndoneziya Azərbaycanla qarşılıqlı investisiya yatırmaqda maraqlıdır. 

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib: "İndoneziyanın neft və kondensata ehtiyacı var və onlar bu ehtiyacı "Azerli Light" hesabına ödəmək istəyir. Həmçinin İndoneziyaya neft və neft məhsullarının ixracı arta bilər, həm də onların Azərbaycan layihələrində iştirakı mümkündür". 

    V.Bəylərbəyovun sözlərinə görə, Azərbaycan İndoneziyada neft-qaz infrastrukturuna vəsait yatıra bilər: "Onlar isə Azərbaycanda neft hasilatı sahəsinə yatırım etməyə hazırdır. Çünki İndoneziyanın neftə ehtiyacı var".

    "Biz neft və neft məhsullarının ixracının artırılmasında və infrastruktur layihələrinə maliyyə yatırımında maraqlıyıq. Məsələn, bu, neft və neft məhsullarının saxlanılması üçün terminalların tikintisi və genişləndirilməsi sahəsində ola bilər", - deyə SOCAR rəsmisi qeyd edib.

    V.Bəylərbəyov SOCAR-ın Qərbi Avropada fəaliyyətinin genişlənməsi ilə bağlı hələlik konkret işlərin görülmədiyini deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi