Yuxarı

​“Azərbaycan İES”də il ərzində 8 mlrd. KV/s enerji istehsal edilib

Stansiyanın V enerji blokunda idarəetmə sistemi yenidən qurulub, VI və VIII enerji bloklarında əsaslı təmir olunub

Bakı. 2 fevral. REPORT.AZ/ Ötən il ərzində “Azərbaycan İES”də 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, stansiyada digər texniki göstəricilər də uğurludur. İl ərzində enerji blokları və avadanlıqların istismarı ilə yanaşı, avadanlıq, bina və qurğularda təmir-tikinti və profilaktik yoxlama işləri aparılıb, ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib.

Qeyd edək ki, stansiyanın V enerji blokunda idarəetmə sistemi yenidən qurulub, VI və VIII enerji bloklarında əsaslı təmir edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi