Azərbaycan Hindistan və Omandan kerosin tədarük etməyə başlayıb

Energetika
  • 14 fevral, 2024
  • 13:18
Azərbaycan Hindistan və Omandan kerosin tədarük etməyə başlayıb

2023-cü ildə Azərbaycana 30,2 milyon ABŞ dolları dəyərində 28 min 396 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 83 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Belçikadan 12,74 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 7 min 997 ton (+3 dəfə), Türkmənistandan 13,34 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 17 min 786 ton (+4 dəfə), Türkiyədən 4,94 milyon ABŞ dolları dəyərində (+215 dəfə) 2 min 554 ton (+511 dəfə), Koreya Respublikasından 90 min ABŞ dolları dəyərində 32,61 ton (bir il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərindən 27,13 min ABŞ dolları dəyərində (+2 713 dəfə) 7,1 ton (+708 dəfə) məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistandan (1,31 min ABŞ dolları dəyərində 0,23 ton) və Omandan (0,33 min ABŞ dolları dəyərində 0,05 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti