Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Energetika
  • 27 mart, 2024
  • 06:33
Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 78 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən 28 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən 41 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 330 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 6 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 163 milyon ABŞ dolları, Rumıniyadan 28 milyon ABŞ dolları, Bolqarıstandan 17 milyon ABŞ dolları, Türkiyədən 14,3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi