Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Energetika
  • 20 dekabr, 2023
  • 09:25
Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı ikinci əsas bazardır

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 363 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 1,1 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən 62 ölkə sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 1,51 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da bir il əvvəlki göstəricidən 13 % azdır. O cümlədən, Gürcüstan Rusiyadan 677 milyon ABŞ dolları dəyərində, Rumıniyadan 152 milyon ABŞ dolları dəyərində, Bolqarıstandan 75,71 milyon ABŞ dolları dəyərində, Türkmənistandan 73,3 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan xaricdən 1,94 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 406 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Gürcüstanın Azərbaycandan tədarükünə çəkdiyi xərci 0,5 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti