Avropa Enerji Cəmiyyəti: Azərbaycan Gürcüstanın təbii qaz tədarükündə sabitliyi təmin edir

Avropa Enerji Cəmiyyəti: Azərbaycan Gürcüstanın təbii qaz tədarükündə sabitliyi təmin edir “Azərbaycan təbii qazla zəngindir və ölkə qonşu Gürcüstanın “mavi yanacaq” tədarükündə sabitliyi təmin edir”.
Energetika
15 Noyabr , 2019 16:54
Avropa Enerji Cəmiyyəti: Azərbaycan Gürcüstanın təbii qaz tədarükündə sabitliyi təmin edir

“Azərbaycan təbii qazla zəngindir və ölkə qonşu Gürcüstanın “mavi yanacaq” tədarükündə sabitliyi təmin edir”.

Bu barədə “Report”un Gürcüstan bürosuna açıqlamasında Avropa Enerji Cəmiyyətinin direktoru Yanez Kopaç bildirib.

O deyib ki, Gürcüstanda Rusiyadan təbii qaz tədarükü sabit deyil və bu sahədə Azərbaycan sabit təminatçı rolunda çıxış edir.

Y.Kopaç bildirib ki, Gürcüstanın elektrik enerjisi sektorunda dayanıqlıq bəzi hallarda Azərbaycandan asılı olur: “Gürcüstanda elektrik enerjisi çatışmazlığı yarananda Azərbaycanın dəstəyi olmadan sistem bərpa olunmur. Energetika sahəsində regional əməkdaşlıq olduqca vacibdir. Gürcüstan və Azərbaycan bu sahədə bir-birindən qarşılıqlı olaraq asılıdır. Belə ki, əgər Azərbaycan da elektrik enerjisi defisiti ilə üzləşsə, Gürcüstan dəstək göstərə bilər”. 

Son xəbərlər

Orphus sistemi