Azərbaycan Gürcüstanın neft və neft yağları aldığı əsas bazarlardan biridir
- 20 iyun, 2025
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 13,5 milyon ABŞ dolları dəyərində 20 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq 61 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 494,6 milyon ABŞ dolları dəyərində 663 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4 % az və 11 % çoxdur.
Bu ilin ilk 5 ayında Gürcüstana Rusiyadan 243 milyon ABŞ dolları dəyərində 348 min ton, Rumıniyadan 97,5 milyon ABŞ dolları dəyərində 130 min ton, Bolqarıstandan 72 milyon ABŞ dolları dəyərində 97 min ton, Türkiyədən 23,4 milyon ABŞ dolları dəyərində 24,3 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,19 milyard ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.