Azərbaycan Gürcüstanın neft və neft yağları aldığı əsas bazarlardan biridir
- 19 avqust, 2024
- 13:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 62 milyon ABŞ dolları dəyərində 77,8 min ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət – olaraq 2 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 770 milyon ABŞ dolları dəyərində 908 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 26,8 % və 14,8 % çoxdur.
Bu ilin ilk 7 ayında Gürcüstana Rusiyadan 330,8 milyon ABŞ dolları dəyərində 431,7 min ton, Bolqarıstandan 92,19 milyon ABŞ dolları dəyərində 100,67 min ton, Rumıniyadan 77,62 milyon ABŞ dolları dəyərində 90,6 min ton, Yunanıstandan 42,8 milyon ABŞ dolları dəyərində 44,2 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,17 milyard ABŞ dolları dəyərində 1,418 milyon ton neft və neft yağları alıb ki, bunun da 95,444 milyon ABŞ dolları dəyərində 112 min 388 tonu Azərbaycanın payına düşüb.