Azərbaycan Gürcüstanın kimya məhsulları ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub

Energetika
  • 19 oktyabr, 2023
  • 14:37
Azərbaycan Gürcüstanın kimya məhsulları ixrac etdiyi ölkələrin ilk beşliyinə daxil olub

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 28,3 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən 9,6 % çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 314 milyon ABŞ dolları dəyərində analoji məhsul satıb ki, bu da bir il əvvəlki göstəricidən 15 % azdır. O cümlədən, Gürcüstandan Peruya 47,5 milyon ABŞ dolları dəyərində, Özbəkistana 45,4 milyon ABŞ dolları dəyərində, Ermənistana 32,9 milyon ABŞ dolları dəyərində, Rumıniyaya 19,7 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 517,1 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib ki, bunun da 37,7 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 5 % azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti