Azərbaycan Gürcüstanın ikinci əsas təbii qaz tədarükçüsüdür

Energetika
  • 27 mart, 2024
  • 07:14
Azərbaycan Gürcüstanın ikinci əsas təbii qaz tədarükçüsüdür

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 62,6 milyon ABŞ dolları dəyərində 377,4 milyon kubmetr təbii qaz idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 22 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana təbii qaz ixrac edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 127 milyon ABŞ dolları dəyərində 622 milyon kubmetr təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 27 % və 17 % azdır. O cümlədən, Gürcüstana Rusiyadan 64,5 milyon ABŞ dolları dəyərində 245 milyon kubmetr, İspaniyadan 3,4 min ABŞ dolları dəyərində 0,4 min kubmetr, Lixtenşteyndən 2,7 min ABŞ dolları dəyərində 0,05 min kubmetr, İsveçrədən 1,31 min ABŞ dolları dəyərində 0,02 min kubmetr təbii qaz idxal edilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 445 milyon ABŞ dolları dəyərində 2,25 milyard kubmetr təbii qaz alıb ki, bunun da 313,5 milyon ABŞ dolları dəyərində 1,8 milyard kubmetri Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti