Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub

Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub Bu ilin aprel ayında Gürcüstan 7,8 min ton neft bitumu idxal edib
Energetika
20 May , 2021 11:53
Azərbaycan Gürcüstanın əsas neft bitumu tədarükçüsü olub

Bu ilin aprel ayında Gürcüstan 7,8 min ton neft bitumu idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.

Məlumata əsasən, idxalın 7,3 min tonu və yaxud 93,6 %-i Azərbaycan, 0,5 min tonu isə (6,4 %) Türkmənistanın payına düşüb.

Yanvar-aprel aylarında isə qonşu ölkənin tədarük etdiyi neft məhsulunun həcmi illik müqayisədə 1,7 % artaraq 18,1 min ton təşkil edib. Azərbaycan bu həcmin 16 min tonunu (88,4 %) təmin edib.

İlk dörd ayda Azərbaycandan sonra Gürcüstanın əsas neft bitumu idxalçıları İraq (1,1 min ton), Türkmənistan (0,5 min ton) və Rusiya (0,5 min ton) olub.

Son xəbərlər

Orphus sistemi