Azərbaycan Gürcüstandan kimya məhsulları idxalına çəkdiyi xərci 18 % azaldıb

Energetika
  • 26 aprel, 2024
  • 06:56
Azərbaycan Gürcüstandan kimya məhsulları idxalına çəkdiyi xərci 18 % azaldıb

Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycana 8,51 milyon ABŞ dolları dəyərində kimya və yaxud əlaqəli sənaye məhsulları ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 18,3 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın analoji məhsul ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Üç ay ərzində Gürcüstan xarici ölkələrə 95 milyon ABŞ dolları dəyərində analoji məhsul satıb ki, bu da illik müqayisədə 10,4 % azdır.

Hesabat dövründə Gürcüstandan Özbəkistana 16,3 milyon ABŞ dolları, Rumıniyaya 13 milyon ABŞ dolları, Ermənistana 9,6 milyon ABŞ dolları, Peruya isə 8 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 432 milyon ABŞ dolları dəyərində kimya və ya əlaqəli sənaye məhsulları ixrac edib ki, bunun da 41 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.