Azərbaycan Gürcüstana neft və qaz ixracını artırıb

Azərbaycan Gürcüstana neft və qaz ixracını artırıb Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 1 117 315,4 kubmetr təbii qaz idxal edib.
Energetika
19 Sentyabr , 2019 11:19
Azərbaycan Gürcüstana neft və qaz ixracını artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 1 117 315,4 kubmetr təbii qaz idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi təbii qazın ümumi dəyəri 182 mln. 765,2 min dollara bərabər olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi təbii qaz həcm baxımından 74 600,8 kubmetr və ya 7,15 % çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 67 mln. 670,2 min dollar dəyərində 122 763,5 ton neft və neft məhsulları idxal edib. İllik müqayisədə idxal olunan neft və neft məhsullarının həcmi 13 907,5 ton və ya 12,7% artıb.

Son xəbərlər

Orphus sistemi