Azərbaycan Gürcüstana neft və neft yağlarının tədarükçüləri sırasında üçüncü yerdədir
- 25 sentyabr, 2023
- 11:32
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 43,943 milyon ABŞ dolları dəyərində 52 min 946 ton neft və neft yağları idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 10 % azdır. Beləliklə Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında üçüncü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 716,22 milyon ABŞ dolları dəyərində 916 min 759 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 18 % azdır və 7,3 % çoxdur.
2023-cü ilin ilk 8 ayında Gürcüstana Rusiyadan 435 milyon ABŞ dolları dəyərində 622 min 697 ton, Rumıniyadan 100,33 milyon ABŞ dolları dəyərində 116 min 833 ton, Türkmənistandan 39,55 milyon ABŞ dolları dəyərində 48 min 893 ton, Türkiyədən 18,12 milyon ABŞ dolları dəyərində 12,1 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon ABŞ dolları dəyərində 59 min 273 ton neft və neft yağları tədarük edib.