Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 14 dəfədən çox artırıb

Energetika
  • 27 mart, 2024
  • 13:16
Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 14 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstana 1,296 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Bu barədə “Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 dəfə çoxdur.

Bu ilin ilk 2 ayında isə Gürcüstanın ümumi elektrik enerjisi idxalı isə 2,8 dəfə artıb.