Azərbaycan Gürcüstana elektrik enerjisi ixracını 11 dəfə artırıb
- 24 avqust, 2023
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 314,38 milyon ABŞ dolları dəyərində 2 milyard 825 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 4,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 226,91 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9,6 dəfə çoxdur) 1 milyard 384 milyon kVt/saat (+3,5 dəfə), Gürcüstana 84,4 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 1 milyard 361 milyon kVt/saat (+11 dəfə), Rusiyaya 2,65 milyon ABŞ dolları dəyərində (+46 %) 64 milyon 923 min kVt/saat (+52 %) və İrana 422,4 min ABŞ dolları dəyərində (-85 %) 14 milyon 866 min kVt/saat (-77,7 %) elektrik enerjisi tədarük edib.
2022-ci ildə Azərbaycandan (Türkiyə, Gürcüstan, Rusiya və İrana) ixrac edilən 1 milyard 711 milyon kVt/saat elektrik enerjisinin 56,3 %-i Türkiyənin, 32,2 %-i Gürcüstanın payına düşüb.