Azərbaycan Gürcüstana aviasiya yanacağı ixracını kəskin artırıb
- 25 iyun, 2023
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 37,5 milyon ABŞ dolları dəyərində 39 min 14 ton aviasiya yanacağı ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq - 60 % çoxdur.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 14,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 82 % çoxdur) 15 min 346 ton (+40 %), Türkiyəyə 6,4 milyon ABŞ dolları dəyərində (+92 %) 7 min 309 ton (+2,1 dəfə), Rusiyaya 5,1 milyon ABŞ dolları dəyərində (+99 %) 4 min 44 ton (+54 %), Gürcüstana 4,7 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 6 min 547 ton (+2,5 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 2,6 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 2 min 48 ton (+65 %) məhsul satıb.
2022-ci ildə Azərbaycandan xaricə (74 ölkəyə) göndərilmiş 126 min ton aviasiya yanacağının 58 %-i Lüksemburqun payına düşüb.