Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub Tbilisi. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1,28 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.
Energetika
21 Dekabr , 2018 22:14
Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Tbilisi. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1,28 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1 mlrd. kilovatt/saatdan çoxu Azərbaycan, 203 mln. kilovatt/saatı Rusiya, 7,8 mln. kilovatt/saatı Ermənistan, 64,3 mln. kilovatt/saatı isə Türkiyənin payına düşüb.

Təkcə noyabr ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 219 mln. kilovatt/saat təşkil edib. Bu həcmin 215,5 mln. kilovatt/saatı və ya 98%-dən çoxu Azərbaycandan idxal olunub.

Bu ilin 11 ayı ərzində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə 588,6 mln. kilovatt/saat təşkil edib ki, bu həcmin də 23,1 mln. kilovatt/saatı Azərbaycanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi