Yuxarı

Azərbaycan-Gürcüstan-Rusiya elektrik enerjisi halqasının yaradılması ilə bağlı işlər davam etdirilir

​Azərbaycan-Gürcüstan-Rusiya elektrik enerjisi halqasının yaradılması

“Gürcüstan və Azərbaycan üçün enerjisistemlərinin dayanıqlığı və etibarlılığı olduqca əhəmiyyətlidir”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında “Gürcüstanın Dövlət Elektrosistemi” SC-nin İdarə Heyətinin üzvü Giorgi Amuzaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Rusiyanın elektrik enerjisistemləri arasında halqanın yaradılması istiqamətində işlər davam etdirilir: “Hazırda hər üç ölkənin elektroenergetika operatorlarının növbəti görüşü ilə bağlı müzakirələr aparılır. Görüşün sentyabr ayında Bakıda və ya Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub. Bununla bağlı razılaşdırma işləri aparılır”.

G.Amuzaşvili qeyd edib ki, elektrik enerjisi təminatında etibarlılıq və sabitlik olduqca vacibdir: “Həm Azərbaycan, həm Gürcüstan enerjisistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Elektrik enerjisistemlərinin birləşdirilməsi daha çox enerjinin ötürülməsinə və ötürücü xətlərin gücünü artırmağa imkan verəcək”.

Qeyd edək ki, bu ilin mayında “Azərenerji” ASC, “Gürcüstanın Dövlət Elektrosistemi” SC və Rusiyanın “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin nümayəndələrinin iştirakı ilə Tbilisidə görüş keçirilib. Görüşdə üç ölkənin elektrik enerjisistemlərinin birləşdirilməsi imkanları müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi