Azərbaycan əsas tədarük bazarlarından birindən kerosin alışını kəskin artırıb
- 04 iyul, 2023
- 13:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricdən 9 milyon ABŞ dolları dəyərində 7 min 797 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycana Belçikadan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 1 min 500 ton (+2,4 dəfə), Türkmənistandan 2,7 milyon ABŞ dolları dəyərində 4 min 355 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 3,7 milyon ABŞ dolları dəyərində (+273 dəfə) 1 min 929 ton (+828 dəfə), Amerika Birləşmiş Ştatlarından 22,2 min ABŞ dolları dəyərində 7,1 ton (bir il əvvəl tədarük olmayıb), Polşadan 18 min ABŞ dolları dəyərində 3,2 ton (1 il 10 aydan sonra tədarük bərpa edilib) kerosin yanacağı gətirilib.
2022-ci ildə Azərbaycana (16 ölkədən) idxal edilmiş 16,554 milyon ABŞ dolları dəyərində kerosinin 54,2 %-i Niderlandın, 24,5 %-i Belçikanın payına düşüb.