Azərbaycan əsas tədarük bazarlarına metanol ixracını kəskin artırıb
- 03 oktyabr, 2022
- 06:06
Bu ilin ilk 7 ayında Azərbaycandan xaricə 81,332 milyon ABŞ dolları dəyərində 275 min 194 ton metanol (metil spirti) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,5 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Hesabat dövründə Türkiyəyə 25,932 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 84 min 187 ton (+46,7 %), Niderlanda 20,675 milyon ABŞ dolları dəyərində (+4,3 dəfə) 71 min 969 ton (+3 dəfə), Rumıniyaya 15,694 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 53 min 261 ton (+8,7 dəfə), İtaliyaya 8,215 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 28 min 732 ton (+2,4 dəfə), İspaniyaya 6,158 milyon ABŞ dolları dəyərində 20 min 577 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Qeyd edək ki, Azərbaycanın ötən il ixrac etdiyi (9 ölkəyə) 357,72 min ton metanolun 45,2 %-i Türkiyənin, 14,8 %-i Niderlandın, 9,2 %-i İsrailin payına düşüb.