Azərbaycan əsas tədarük bazarından sürtkü yağlarının alışını kəskin artırıb
- 05 iyun, 2023
- 06:09
Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 37,47 milyon ABŞ dolları dəyərində 23 min 592 ton sürtkü yağı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 58 % çoxdur.
Azərbaycan Rusiyadan 12,91 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 16 min 124 ton (+3,8 dəfə), Türkiyədən 9,23 milyon ABŞ dolları dəyərində (+30 %) 3 min 114 ton (+10 %), Almaniyadan 5,91 milyon ABŞ dolları dəyərində (+16,2 %) 1 min 298 ton (-5 %), Belçikadan 1,616 milyon ABŞ dolları dəyərində (+33 %) 420 ton (+11 %), Birləşmiş Ərəb Əmirliklərindən 1,04 milyon ABŞ dolları dəyərində (+64 %) 425 ton (+54 %) məhsul idxal edib.
2022-ci ildə Azərbaycana (50 ölkədən) idxal edilən 66,62 min ton sürtkü yağının 43,8 %-i Rusiyanın, 19,4 %-i Türkiyənin payına düşüb.