Azərbaycan əsas tədarük bazarından "Premium" benzininin alışını kəskin artırıb
- 20 iyun, 2023
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 25,1 milyon ABŞ dolları dəyərində 27 min 152 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 9,4 % azdır.
Hesabat dövründə Rusiyadan 17 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 97 % çoxdur) 18 min 665 ton (+99 %), Rumıniyadan 4,2 milyon ABŞ dolları dəyərində (-30 %) 4 min 80 ton (-39 %) və Belarusdan 3,9 milyon ABŞ dolları dəyərində 4 min 407 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alınıb.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 99,5 min ton “Aİ-95” markalı benzinin 73,4 %-i Rusiyanın payına düşüb.