Azərbaycan enerji sahəsinə investorların cəlb edilməsində maraqlıdır

Azərbaycan enerji sahəsinə investorların cəlb edilməsində maraqlıdır "Azərbaycan enerji sahəsinə investorların və konsaltinq xidmətlərinin cəlb edilməsində maraqlıdır".
Energetika
21 İyun , 2022 10:40
Azərbaycan enerji sahəsinə investorların cəlb edilməsində maraqlıdır

"Azərbaycan enerji sahəsinə investorların və konsaltinq xidmətlərinin cəlb edilməsində maraqlıdır".

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumunda bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda inkişaf 2030-cu ilədək plan və məqsədlərin daxil edildiyi xüsusi plan əsasında tənzimlənir. Plana daxil olan 5 məqsəddən biri də ölkədə yaşıl mühitin inkişaf etdirilməsidir.

Nazir müavini deyib ki, Azərbaycanda alternativ və bərpa edilən enerji mənbələrinin inkişafı üzrə aktiv işlər aparılır. 

E.Soltanov vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması istiqamətində işlər aparılır və bunun üçün burada geniş imkanlar var: "Qarabağda günəş enerjisinin inkişafı üçün böyük resurslar var. İşğaldan azad edilmiş ərazilərdə su resurslarından elektrik enerjisinin istehsalı üçün istifadə etmək, burada 18 kiçik su elektrik stansiyası tikmək planlarımız var".

Son xəbərlər

Orphus sistemi