Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək

Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək Azərbaycan “enerji keçidi” kursunun həyata keçirilməsində ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib.
Energetika
22 Fevral , 2024 14:24
Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ-nin Milli Bərpa Olunan Enerji Laboratoriyası (NREL) ilə tərəfdaşlıq imkanları dəyərləndirilib və əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Denver şəhərində yerləşən NREL-də olub.

Nazir bərpa olunan enerji və enerji səmərəliliyi texnologiyalarının tədqiqatı, inkişafı, tətbiqi yolu ilə enerji transformasiyasında mühüm rol oynayan laboratoriyanın fəaliyyəti ilə tanış olub. Günəş, külək, hidro, bioenerji, hidrogen, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası sahələrində inkişaf proseslərini, yenilikləri əks etdirən tədqiqatlara dair təqdimatlar dinlənilib.

Təhlükəsiz, dayanıqlı gələcək enerji sistemlərinə səmərəli keçidi təşviq edən “Enerji Sistemlərinin İnteqrasiyası”, hidrogenin istehsalı, saxlanması, nəqli və istifadəsinə dair araşdırma və inkişaf tədbirlərini həyata keçirən “Hidrogen Tədqiqatları” və “Elmi-Texnoloji” mərkəzlərə baş çəkilib.

13:35

Azərbaycan “enerji keçidi” kursunun həyata keçirilməsində ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Denverdə enerji transformasiyasını sürətləndirən elmi-texnoloji prosesə töhfə verən Milli Bərpa Olunan Enerji Laboratoriyasının fəaliyyəti ilə tanış olduq. Azərbaycanın “enerji keçidi” kursunun həyata keçirilməsində laboratoriya ilə əməkdaşlıq sahələrini müəyyənləşdirdik”, - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi