Azərbaycan Energetika naziri: “OPEC+ effektivliyini sübut edib”

Azərbaycan Energetika naziri: “OPEC+ effektivliyini sübut edib” “Neft bazarında qiymətin sabitləşməsini hədəfləmək həmişə daha yaxşıdır”.
Energetika
21 Fevral , 2020 14:21
Azərbaycan Energetika naziri: “OPEC+ effektivliyini sübut edib”
google.az

“Neft bazarında qiymətin sabitləşməsini hədəfləmək həmişə daha yaxşıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov İtaliyada bu ölkənin “İl Sole 24 Ore” nəşrinə müsahibəsində bildirib.

O xatırladıb ki, yanvar ayında Azərbaycan gündəlik 770 min barel neft hasil edib: “Bu 10 il əvvəlkindən azdır. Lakin indi biz qısamüddətli perspektiv yaratmışıq. Növbəti üç ildə hasilatın artacağını gözləyirik”.

Nazir qeyd edib ki, 2020-ci ildə ölkədə 36,5 mln. ton, 2021-ci ildə 38 mln. ton, 2022-ci ildə isə 39 mln. ton neft hasilatı planlaşdırılır.

P. Şahbazov hasilatın artırılmasının yeni aşkar olunmuş bir neçə yataq sayəsində olacağını bildirib: “Bu il də yeni yataqların aşkar olunacağına inanırıq. Gələcək geoloji-kəşfiyyat əməliyyatları isə neftin qiymət dinamikasından asılıdır. Amma fikirlərimi aydınlaşdırmaq istəyirəm. Neft bazarında qiymətin stabilləşməsini hədəfləmək həmişə daha yaxşıdır. Bu bütün iştirakçılar- istehlakçı və ixracatçılar üçün önəmlidir”.

Nazir xatırladıb ki, OPEC+ formatı çərçivəsində Azərbaycan gündəlik hasilatı 27 min barel azaltmaqla bağlı razılığa gəlib.

“Mən hər zaman qeyd edirəm ki, məqsəd bazarlarda stabilliyin təminatıdır. 2016-cı ildə Azərbaycan Prezidenti Davos forumunda OPEC-ə üzv və digər neft ixrac edən ölkələrin gələcək addımların koordinasiyası üçün görüşünü təklif etmişdi. 2017-ci ildə razılıq əldə olundu və Azərbaycan ən aktiv iştirakçılardandır. Biz onu OPEC+ adlandırırıq. O, təxminən, 4 il ərzində hasilatın azaldılması və qiymətlərin stabilləşməsi ilə effektivliyini sübut edib”. 

Son xəbərlər

Orphus sistemi