Azərbaycan əmtəəlik qaz hasilatını 15 % artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 15 % artırıb Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 23 050,3 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.
Energetika
14 Sentyabr , 2021 17:48
Azərbaycan əmtəəlik qaz hasilatını 15 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 23 050,3 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 23 007,3 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 1,6 % (əmtəəlik 1,4 %) az olub.

Bu ilin yanvar-avqust aylarında ölkədə 27 917,4 milyon kubmetr təbii qaz da hasil edilib. Bunun 20 593,5 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 11,3 %, əmtəəlik qaz hasilatı isə 14,6 % artıb.

Son xəbərlər

Orphus sistemi