Azərbaycan əmtəəlik qaz hasilatını 1% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 1% artırıb Yanvar-mart aylarında əmtəəlik qazın həcmi 4,8 mlrd. kubmetr olub
Energetika
18 Aprel , 2017 10:00
Azərbaycan əmtəəlik qaz hasilatını 1% artırıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 9 464,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 9 453,2 min tonunu əmtəllik xam neft təşkil edib. Hesabat dövründə ölkədə neft hasilatı 9,9% azalıb.

Cari ilin I rübündə ölkədə həmçinin 6 954,9 mln. kubmetr təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 6,8% azdır.

Yanvar-mart aylarında hasil olunan təbii qazın 4 789,4 mln. kubmetri əmtəəlik qaz olub. Bu ilin I rübündə əmtəəlik qazın həcmi 0,9% artıb.

Bu il aprelin 1-nə 629,3 min ton neft, 2 579,2 mln. kubmetr təbii qaz ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi