Azərbaycan elektrik enerjisi sayğaclarının tədarükünü kəskin artırıb
- 20 mart, 2022
- 09:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycana 2022-ci ilin yanvarında xaricdən 268,69 min ABŞ dolları dəyərində 13 min 407 ədəd elektrik enerjisi sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 22 dəfə, kəmiyyət olaraq – 12 dəfə artıb.
Hesabat dövründə Türkiyədən 151,2 min ABŞ dolları dəyərində 10 min 427 ədəd, Çindən 100,67 min ABŞ dolları dəyərində 2 min 860 ədəd, Rusiyadan 15,54 min ABŞ dolları dəyərində 110 ədəd, Almaniyadan 1,28 min ABŞ dolları dəyərində 10 ədəd sayğac alınıb.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 12,5 dəfə və 9,2 dəfə artıb, Çindən – 909 dəfə və 1430 dəfə artıb. Ötən ilin yanvarında Rusiya və Almaniyadan elektrik enerjisi sayğacları tədarük olunmayıb.