Azərbaycan elektrik enerjisi ixracını 2 dəfəyə qədər artırıb

Azərbaycan elektrik enerjisi ixracını 2 dəfəyə qədər artırıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 59 637,38 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
Energetika
12 Oktyabr , 2018 11:41
Azərbaycan elektrik enerjisi ixracını 2 dəfəyə qədər artırıb
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 59 637,38 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 405,22 min dollar və yaxud 64,6% çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 266 198,21 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin ilk 9 ayına nisbətən 453 859 ,52 min. kVt/saat və yaxud 55,87% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,05 dollar yaxud 0,08 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manatdır.

Yanvar-sentyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Son xəbərlər

Orphus sistemi