Yuxarı

​Azərbaycan elektrik enerjisi istehsalını 9% azaldıb

Bu ilin yanvarında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib

Bakı. 4 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu, ötən ilin yanvarı ilə müqayisədə 8,7% yaxud 0,2 mlrd. kVt/saat azalma deməkdir.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Xatırladaq ki, 2015-ci il ərzində isə 22,5 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi