Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 7 %-ə yaxın artıb

Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 7 %-ə yaxın artıb ​​​​​​​Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 853,6 min manatlıq avtomobil benzini və dizel yanacağı satılıb
Energetika
11 aprel 2025 15:27
Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 7 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 853,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ilk rübü ilə müqayisədə 6,9 % çoxdur.

Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,9 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.

Son xəbərlər

Orphus sistemi