Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 12 % artıb

Energetika
  • 15 aprel, 2024
  • 08:33
Azərbaycan əhalisinin yanacaq xərcləri I rübdə 12 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 730,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.

Ötən rüb alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. İl ərzində pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 4,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti