Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Energetika
  • 16 noyabr, 2023
  • 07:34
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 518,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.

10 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,5 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 173,2 milyon manatlıq, o cümlədən 25 milyard 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 milyard 339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 4,9 % artıb.