Azərbaycan Dövlət Neft Şirkəti DESFA ilə bağlı qərarını açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti DESFA ilə bağlı qərarını açıqlayıb Qurumun məlumatına görə, hər iki şirkət Avropa Komissiyası tərəfindən onları qane edəcək qərar gözləyir
Energetika
4 Fevral , 2015 17:02
Azərbaycan Dövlət Neft Şirkəti DESFA ilə bağlı qərarını açıqlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstanın DESFA şirkətinin səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının apardığı qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı şəkildə razılaşdırılan qərarın işlənib hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qurumun məlumatına görə, hər iki şirkət Avropa Komissiyası tərəfindən qaneedici qərar gözləyir: "Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsi üçün müəyyən edilən formal müddət çərçivəsində “saatı durdurmuşdur”. Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək. Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridır. Azərbaycan Dövlət Neft Şirkəti yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu və bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirdiyini qeyd edib.

Xatırladaq ki, SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3-ni almaq üçün rəsmi Afina və Avropa Komissiyasına müraciət edib. Keçmiş Yunanıstan hökuməti məsələyə müsbət cavab verib və iş Avropa Komissiyasının icraatında olub.

Son xəbərlər

Orphus sistemi