Yuxarı

Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının iclası keçirilib

Fondun büdcə layihəsinin təsdiqlənməsi üçün Azərbaycan Prezidentinə təqdim olunması tövsiyə edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda ARDNF-nin 2015-ci il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 318,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb, müvafiq olaraq Fondun 2015-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi