Azərbaycan daha üç ölkədən Aİ-95 benzini tədarük etməyə başlayıb
- 13 yanvar, 2022
- 06:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Otən ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 99,676 milyon ABŞ dolları dəyərində 134 min 079,36 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 60,57 % çoxdur.
Hesabat dövründə Rumıniyadan 41,624 milyon ABŞ dolları dəyərində 54 min 291,85 ton, Rusiyadan 34,486 milyon ABŞ dolları dəyərində 49 min 916,27 ton, Türkiyədən 6,653 milyon ABŞ dolları dəyərində 7 min 988,54 ton, Türkmənistandan 5,234 milyon ABŞ dolları dəyərində 6 min 925,54 ton, Kiprdən 4,191 milyon ABŞ dolları dəyərində 4 min 995,48 ton, Yunanıstandan 4,121 milyon ABŞ dolları dəyərində 4 min 931,32 ton, İrandan 2,967 milyon ABŞ dolları dəyərində 4 min 471,04 ton, Gürcüstandan 399,15 min ABŞ dolları dəyərində 559,32 ton bu kateqoriyaya aid məhsul tədarük olunub.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Rumıniyadan idxal müvafiq olaraq 2,1 dəfə və 60,62 %, Rusiyadan – 32,53 % və 14,18 %, İrandan – 69,46 % və 50,67 % artıb. İkiillik aradan sonra Yunanıstandan, 6 illik fasilənin ardından Gürcüstandan Aİ-95-in tədarükü bərpa olunub. Ötən il son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyə, Türkmənistan və Kiprdən ölkəmizə bu marka benzinin tədarükünə başlanıb.