Azərbaycan daha iki ölkəyə polietilen tədarük etməyə başlayıb
- 19 fevral, 2024
- 13:08
2023-cü ildə Azərbaycan 155,4 milyon ABŞ dolları dəyərində 150 min ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 6 %, kəmiyyət olaraq – 25 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 95,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 85 % çoxdur) 77 min 487 ton (+2,3 dəfə), Türkiyəyə 31,8 milyon ABŞ dolları dəyərində (-30 %) 39 min 116 ton (-4 %), Çinə 20 milyon ABŞ dolları dəyərində (-30 %) 25 min 560 ton (-14 %), Ukraynaya 3,6 milyon ABŞ dolları dəyərində (-32 %) 3 min 885 ton (-11 %), Belarusa 1,55 milyon ABŞ dolları dəyərində (-55 %) 1 min 353 ton (-45 %) məhsul satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkaya (38 min ABŞ dolları dəyərində 16,5 ton) və Böyük Britaniyaya (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.