Azərbaycan daha iki ölkədən antifriz tədarük etməyə başlayıb

Energetika
  • 16 fevral, 2022
  • 06:39
Azərbaycan daha iki ölkədən antifriz tədarük etməyə başlayıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 4 milyon 819,19 min ABŞ dolları dəyərində 4 min 425,33 ton antifriz və donmaya qarşı hazır maye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43,1 %, kəmiyyət olaraq – 26,61 % çoxdur.

Hesabat dövründə Rusiyadan 2 milyon 042,16 min ABŞ dolları dəyərində 2 min 460,87 ton, Almaniyadan 827,69 min ABŞ dolları dəyərində 367,83 ton, Türkiyədən 559,89 min ABŞ dolları dəyərində 356,48 ton, Ukraynadan 547,63 min ABŞ dolları dəyərində 756,29 ton, Belçikadan 266,93 min ABŞ dolları dəyərində 140,35 ton məhsul alıb.

2020-ci ilin analoji dövrü ilə müqayisədə Rusiyadan idxal müvafiq olaraq 47,67 % və 22,44 % artıb, Almaniyadan – 49,28 % və 69,16 % artıb, Türkiyədən – 35,16 % və 21,7 % artıb, Ukraynadan – 17 % və 30,9 % artıb, Belçikadan – 71,43 % və 68,57 % artıb.

Dörd il 4 aylıq fasilənin ardından Avstriyadan tədarük bərpa edilib. Ötən il son 10 ildə ilk dəfə olaraq Azərbaycan Özbəkistandan antifriz alıb. Bu ölkələrdən müvafiq olaraq 0,07 min ABŞ dolları dəyərində 0,01 ton və 0,01 min ABŞ dolları dəyərində 0,02 ton məhsul gətirilib.