Azərbaycan daha bir ölkəyə aviasiya yanacağı satmağa başlayıb
- 31 yanvar, 2022
- 07:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 44 milyon 385,22 min ABŞ dolları dəyərində 78 min 474,51 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviasiya yanacağı) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə tədarük dəyər ifadəsində 7,25 %, kəmiyyət olaraq – 14,14 % azalıb.
Hesabat dövründə Azərbaycan Lüksemburqa 22 milyon 993,36 min ABŞ dolları dəyərində 44 min 910,23 ton, Gürcüstana 6 milyon 516,7 min ABŞ dolları dəyərində 11 min 975,42 ton, Ukraynaya 4 milyon 630,76 min ABŞ dolları dəyərində 8 min 291,19 ton, Türkiyəyə 3 milyon 726,36 min ABŞ dolları dəyərində 4 min 907,24 ton, Rusiyaya 2 milyon 581,73 min ABŞ dolları dəyərində 3 min 358,12 ton aviasiya yanacağı satıb.
2020-ci ilin 11 ayının göstəriciləri ilə müqayisədə Lüksemburqa ixrac müvafiq olaraq 71,41 % və 83,8 % artıb, Gürcüstana – 1 min 288 dəfə və 1 min 774 dəfə artıb, Ukraynaya – 73,37 % və 2,4 dəfə artıb, Türkiyəyə - 2 dəfə və 2,1 dəfə artıb, Rusiyaya - 1,5 % və 2,3 % artıb.
İki il 3 aylıq fasilədən sonra İordaniya və Misirə tədarük bərpa edilib. Ötən il ilk dəfə olaraq Azərbaycan Həbəşistana aviasiya yanacağı satıb. Bu ölkəyə 40,81 min ABŞ dolları dəyərində 51,01 ton yanacaq göndərilib.