Azərbaycan daha bir ölkədən sürtkü yağları tədarük etməyə başlayıb
- 20 sentyabr, 2024
- 07:55
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 85,5 milyon ABŞ dolları dəyərində 52 min 648 ton sürtkü yağları idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 1,5 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 26,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % azdır) 31 min ton (-10 %), Türkiyədən 20,5 milyon ABŞ dolları dəyərində (-16 %) 7 min 423 ton (-14 %), Almaniyadan 14,1 milyon ABŞ dolları dəyərində (-6 %) 3 min 379 ton (-0,8 %), Belçikadan 4,3 milyon ABŞ dolları dəyərində (+3 %) 1 min 123 ton (+4,7 %), Cənubi Koreyadan isə 2,8 milyon ABŞ dolları dəyərində (+10 %) 805 ton (-12 %) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından (3,8 min ABŞ dolları dəyərində 1,1 ton) tədarük həyata keçirilib.