Azərbaycan daha bir ölkədən propilen almağa başlayıb

Energetika
  • 01 fevral, 2023
  • 05:41
Azərbaycan daha bir ölkədən propilen almağa başlayıb

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 44,356 milyon ABŞ dolları dəyərində 29 min 932 ton propilen göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,1 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Rusiyaya 41,19 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,5 % çoxdur) 27 min 809 ton (+40,3 %), Türkiyəyə 2,412 milyon ABŞ dolları dəyərində (-5,8 %) 1 min 788 ton (-2,4 %), Belarusa 407,4 min ABŞ dolları dəyərində (-88,8 %) 233,75 ton (-88 %), Braziliyaya 316,37 min ABŞ dolları dəyərində 80 ton (ilk dəfə tədarük olub), Özbəkistana isə 29,27 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Hesabat dövründə Azərbaycana 4,383 milyon ABŞ dolları dəyərində (+9,4 %) 1 min 764 ton propilen (-9,6 %) idxal edilib.

Səudiyyə Ərəbistanından 1,19 milyon ABŞ dolları dəyərində (+3,1 dəfə) 704,25 ton (+2,6 dəfə), Yaponiyadan 1,115 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 270 ton (+12 dəfə), Sinqapurdan 729 min ABŞ dolları dəyərində (+61 %) 208,5 ton (+26 %), Türkiyədən 570 min ABŞ dolları dəyərində (-42 %) 218 ton (-44,7 %), Koreyadan 309,44 min ABŞ dolları dəyərində (-73,4 %) 164,5 ton (-77,1 %) məhsul gətirilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusdan tədarük həyata keçirilib. Həmin ölkədən 88,53 min ABŞ dolları dəyərində 42,5 ton propilen alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti