Azərbaycan daha bir ölkədən kerosin yanacağı almağa başlayıb
- 16 fevral, 2022
- 05:31
Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricdən 3 milyon 548,17 min ABŞ dolları dəyərində 3 min 008,61 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağı istisna olmaqla) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 80,41 %, kəmiyyət olaraq – 88,53 % azalıb.
Hesabat dövründə Belçikadan 3 milyon 511,33 min ABŞ dolları dəyərində 2 min 999,8 ton, Böyük Britaniyadan 18,12 min ABŞ dolları dəyərində 5,81 ton, Amerika Birləşmiş Ştatlarından 5,57 min ABŞ dolları dəyərində 0,31 ton, İtaliyadan 4,41 min ABŞ dolları dəyərində 1,05 ton, Almaniyadan 4,14 min ABŞ dolları dəyərində 0,41 ton yanacaq gətirilib.
2020-ci ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Belçikadan tədarük müvafiq olaraq 43,74 % və 52,41 % azalıb, Böyük Britaniyadan - 44,27 % və 38,33 % artıb, Amerika Birləşmiş Ştatlarından - 99,82 % və 99,99 % azalıb, Almaniyadan – 81,1 % və 94,58 % azalıb.