Azərbaycan daha bir ölkədən kerosin tədarük etməyə başlayıb

Energetika
  • 22 iyul, 2024
  • 09:13
Azərbaycan daha bir ölkədən kerosin tədarük etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 6,9 milyon ABŞ dolları dəyərində 8 min 159 ton kerosin yanacağı (reaktiv mühərriklər üçün kerosin yanacağından başqa) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 50 %, kəmiyyət olaraq – 30 % azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 4,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 6 min 483 ton (+15 %), Belçikadan 2,4 milyon ABŞ dolları dəyərində (-57 %) 1 min 499 ton (-57 %), Türkiyədən 187 min ABŞ dolları dəyərində (-96 %) 137 ton (-94 %), Cənubi Koreyadan 94 milyon ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 23 min ABŞ dolları dəyərində (+2 dəfə) 2,5 ton (-34 %) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Danimarkadan (0,7 min ABŞ dolları dəyərində 0,06 ton) tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycana 21 ölkədən idxal edilmiş 28 min 397 ton kerosinin 62,6 %-i Türkmənistanın payına düşüb.

44 filmi