Azərbaycan daha bir ölkədən "Aİ-98" benzini tədarük etməyə başlayıb

Energetika
  • 21 fevral, 2022
  • 13:04
Azərbaycan daha bir ölkədən Aİ-98 benzini tədarük etməyə başlayıb

Ötən il ərzində Azərbaycana xaricdən 2 milyon 395,07 min ABŞ dolları dəyərində 2 min 684,79 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji göstərici ilə müqayisədə idxal dəyər ifadəsində 14,23 %, kəmiyyət olaraq – 1,15 % artıb.

Hesabat dövründə Rumıniyadan 1 milyon 076,43 min ABŞ dolları dəyərində 1 min 325,74 ton, Litvadan 1 milyon 031,85 min ABŞ dolları dəyərində 1 min 020,77 ton, Belarusdan 196,46 min ABŞ dolları dəyərində 237,45 ton, Yunanıstandan 90,33 min ABŞ dolları dəyərində 100,83 ton məhsul alınıb.

2020-ci illə müqayisədə Rumıniyadan idxal müvafiq olaraq 41,63 % və 36,44 % artıb, Belarusdan – 78,6 % və 80 % azalıb, Yunanıstandan – 58,38 % və 62,42 % azalıb.

Ötən il son 10 ildə (Qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Litvadan “Aİ-98” benzini alıb.

44 - Tezliklə