Azərbaycan daha 2 ölkəyə aviasiya yanacağı satmağa başlayıb

Energetika
  • 23 fevral, 2022
  • 13:13
Azərbaycan daha 2 ölkəyə aviasiya yanacağı satmağa başlayıb

2021-ci ildə Azərbaycan 49 milyon 246,41 min ABŞ dolları dəyərində 84 min 609,76 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviasiya yanacağı) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji ilin göstəriciləri ilə müqayisədə tədarük dəyər ifadəsində 8,2 %, kəmiyyət olaraq – 19,2 % azalıb.

Azərbaycan Lüksemburqa 24 milyon 986,27 min ABŞ dolları dəyərində 47 min 786,5 ton, Gürcüstana 6 milyon 516,7 min ABŞ dolları dəyərində 11 min 975,42 ton, Ukraynaya 4 milyon 995,64 min ABŞ dolları dəyərində 8 min 757,96 ton, Türkiyəyə 4 milyon 522,38 min ABŞ dolları dəyərində 5 min 801,19 ton, Rusiyaya 3 milyon 206,58 min ABŞ dolları dəyərində 4 min 057,29 ton aviasiya yanacağı satıb.

2020-ci ilin göstəriciləri ilə müqayisədə Lüksemburqa ixrac müvafiq olaraq 41,7 % və 35,9 % artıb, Gürcüstana – 1 min 288 dəfə və 1 min 774 dəfə artıb, Ukraynaya – 55,6 % və 86,3 % artıb, Türkiyəyə - 97,9 % və 98,9 % artıb, Rusiyaya – 21,8 % və 19,5 % artıb.

İki il 3 aylıq fasilənin ardından İordaniya, Misir və Yunanıstana, 2 il 4 aylıq aradan sonra Xorvatiyaya, 2 il yarımın tamamında Sudana tədarük bərpa edilib. Ötən il son 10 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Həbəşistan və Kirpə aviasiya yanacağı satıb.

Hesabat dövründə Azərbaycana xaricdən 7 milyon 217,5 min ABŞ dolları dəyərində 8 min 624,22 ton reaktiv mühərriklər üçün kerosin yanacağı (aviasiya yanacağı) gətirilib. Bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 6 min 561 dəfə və 123 min 203 dəfə çoxdur.

Türkmənistandan 7 milyon 216,5 min ABŞ dolları dəyərində 8 min 623,98 ton, Türkiyədən 0,87 min ABŞ dolları dəyərində 0,22 ton, Almaniyadan 0,07 min ABŞ dolları dəyərində 0,02 ton, Amerika Birləşmiş Ştatlarından 0,06 min ABŞ dolları dəyərində 0,01 ton aviasiya yanacağı alınıb.

Türkiyədən idxal müvafiq olaraq 11 dəfə və 5,5 dəfə artıb, Almaniyadan 93,1 % və 33,3 % azalıb. Azərbaycan bir il 9 aylıq aradan sonra Türkmənistandan, 3 il 5 aylıq fasilənin ardından isə ABŞ-dan bu yanacağın tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti