Azərbaycan Çexiyaya neft ixracını 3 dəfədən çox artırıb
- 19 aprel, 2025
- 14:15
Bu ilin yanvar-mart aylarında Azərbaycan Çexiyaya 558 min 693,27 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 304 milyon 667,44 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk rübü ilə müqayisədə 3,3 dəfə, dəyəri isə 3,1 dəfə çoxdur.
Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 9,29 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyard 336 milyon 653,5 min ABŞ dolları dəyərində 6 milyon 11 min 561,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.